R E D A C A D E M Y

Zəhmət Olmasa Gözləyin..

Nərimanov r. M.Qaşqay küçəsi 112 Azadlıq pr. (M.Araz küç. kəsişməsi) +994 50 605 59 98

Özəl uşaq bağçalarının qiymətləri

Uşaq bağçaları özəl və dövlət bağçaları olaraq qruplaşdırılır. Lakin hər iki qrup uşaq bağçaları da eyni məqsəd ətrafında cəmlənir. Uşaqların inkişaf etməsi, əylənərək öyrənməsi, sosiallaşması bu məqsədlərdəndir. Valideynlər övladlarının təhlükəsiz şəraitdə inkişaf edərək sosiallaşmasını istəyirlər. Bu səbəbdən də çox araşdırır, büdcələrinə uyğun uşaq bağçalarının axtarışında olurlar. Belə ki, istər özəl, istərsə də dövlət uşaq bağçalarında aylıq ödəniş fərqli qiymətlərdə olur. Bəs uşaq bağçalarındakı bu qiymətlər nəyə əsasən təyin olunur?

Özəl uşaq bağçaları, adətən dövlət uşaq bağçalarından daha çox xidmət təklif edərək valideyn və uşaqların rahatlığını, təhlükəsizliyini təmin edir. Belə ki, bu xidmətlər vaxt, qidalanma, təhlükəsizlik, tədbir, məşğələ və s. bu kimi xidmətlərə əsasən kateqorizə edilir.

Özəl uşaq bağçalarının qiymətləri daxilindəki personal və müəllim heyətindən tutmuş, xüsusi tədbirlərin keçirilməsinə qədər olan amillərin təsiri ilə dəyişə bilir. Standart özəl uşaq bağçaları uşaqların ilkin biliklərə yiyələnməsi və oyunlar oynamasından əlavə, xüsusi günlərdə keçirilən tədbirlərdə, özəl məşğələlərdə iştirakı imkanını da yaradır. Məşğələlərin fərqliliyi və çoxluğu, özəl uşaq bağçalarının qiymətlərinə təsir göstərən əsas amildir. Təbii ki, hər büdcəyə uyğun uşaq bağçası tapmaq mümkündür. Lakin bu qiymətlərin bağçanın təklif etdiyi xidmətlərlə üst-üstə düşməsi şərtdir. Özəl uşaq bağçaları bu cəhətdən idealdır. Təklif etdikləri bütün xidmətləri birə-bir həyata keçirərək həm valideynlərin, həm də uşaqların rahatlığını təmin edir.

Uşaqların gələcəyini düşünərək valideynlərin könül rahatlığını təmin edən və Red Academy 15 ildir ki fəaliyyətini davam etdirir. Siz də övladlarınızın təhsil və inkişafını Red Academy-ə etibar edərək onların təhlükəsizliyindən və gələcəyindən əmin ola bilərsiniz. Daha ətraflı məlumat üçün bizə müraciət edin və izləmədə qalın.

X