R E D A C A D E M Y

Zəhmət Olmasa Gözləyin..

Nərimanov r. M.Qaşqay küçəsi 112 Azadlıq pr. (M.Araz küç. kəsişməsi) +994 50 605 59 98

Red Academy Haqqında

BİZİM HEKAYƏMİZ

      15 ildir ki, güvənli və sevgi dolu bir mühit hazırlayaraq sizlərin xidmətindəyik. Uşaqlarımızın fiziki, zehni və duyğusal inkişafının çox böyük bir qismini tamamladıqları bu yaşlarda valideynlərimizlə birlikdə 1000-lərlə uşağın həyatına toxunub onların gerçək potensiallarına çatmalarında rol oynamışıq. Onları hər zaman bir bütün olaraq görmüşük. Keçmiş təcrübələrimizdə olduğu kimi, gələcəkdə də uşaqlarımızı hər şeyin mərkəzinə yerləşdirib özünə güvənən, müstəqil, yaradıcı, sosial və xoşbəxt uşaqlar yetişdirməyə davam edəcəyik.

RED academy uşağınızın xoşbəxt bir gələcəyə ilk addımlarını atacağı yerdir.

Əsas dəyərlərimiz

    Uşaqlara  özlərini təmiz, sevgi dolu, təhlükəsiz, sağlam ,güvənli,rahat və ev mühitində hiss etməsi üçün şərait hazırlayırıq.

  Birlikdə işləyərkən daha çox şey əldə edə biləcəyimizi qəbul edərək, uşağın böyüməsini dəstəkləmək üçün valideynlərimizlə güclü bir ortaqlıq qururuq.

   İnanırıq ki, bütün uşaqların təməl ehtiyacları və hüquqları var.  Onlara potensiallarına uyğun inkişaf etmə imkanı verilməlidir.

     Fərdi işçi heyətimizlə bacarıqlarımızı, biliklərimizi və metodlarımızı davamlı olaraq təkmilləşdirib balanslaşdırılmış bir tədris proqramı təmin edəcəyimizə inanırıq.

Vizyonumuz və Missiyamız

 Missiyamız hamı üçün sevgi dolu bir ev olmaqdır.

 İdarəetmə Missiyamız insanlara yönəlmiş bir yanaşma tətbiq etmək və mükəmməl peşəkar kadrları qorumaqdır.

“RED academy”  olaraq uşaqların hərtərəfli inkişafı üçün iş proqramı hazırladıq və həyata keçirəcəyik. Bu proqramda uşaqlarda mental, fiziki, əqli təfəkkürün inkişafı, şəxsiyyətin və xarakterin düzgün formalaşması, sosyal bacarıqların inkişafı, dəyərlərin qazandırılması üçün nəzərdə tutulmuş fəaliyyətləri həyata keçiririk. Bu fəaliyyətlər tədris proqramımızda da yer tutur.

 

RED academy  2-6 yaş qrupları üzrə Azərbaycan, Rus, İngilis dilində müxtəlif fəaliyyətlər göstərir.

RED academy - də bir gün:

  • Həftə içi saat 08:00 - 18:00  fəaliyyət  göstəririk.
  • Günə səhər gimnastikası ilə başlayırıq.
  • 09:30 - 10:00   Səhər Yeməyi
  • 11:00 – 11:15  Meyvə saatı
  • 13:00 – 14:00  Günorta Yeməyi
  • 15:45 – 16:00  Qəlyanaltı
  • 16:00 – 18:00  Evə Gediş Saatı
  • Hər səhər uşaqlar həkim nəzarətində qəbul olunurlar. Səhhətində narahatlıq olan uşaqlar  içəri qəbul olunmur.

 

RED Preschool məşğələlər zamanı

  • Dəyərlərimiz 

“Dəyərlərimiz bizim gələcəyimizdir.”  

İnsani dəyərləri mənimsəyən fərdlər yetişdirmək üçün ədalət, hörmət, sevgi, vətənpərvərlik və xeyirxahlıq kimi dəyərləri bütün məşğələ və fəaliyyətlərimizə əlavə etmişik.

Dəyərləri öyrətməkdəki məqsədimiz:

  • Müsbət xarakterli insanlar yetişdirmək,
  • Əsas dəyərləri gücləndirmək,
  • Uşaqların psixoloji, idrak və sosial inkişaflarına uyğun olaraq özləri və cəmiyyət üçün faydalı olacaq əsas dəyərləri əldə etmələrini təmin etmək.
  • Uşaqların əldə etdikləri dəyərləri davranışlarla ifadə etmələri üçün imkanlar yaratmaq.
  • Dəyərlər təhsilinin ailə və müəssisəmizlə paralel işləməsini təmin etmək.
  • Oyun və kreativ fəaliyyətlər yolu ilə öyrənmək;

Uşaqlar oyun vasitəsilə ən yaxşısını öyrənirlər.  Beləliklə, Red Academy – də uşaqlarımızın bunu etməsi üçün bir çox imkanlar yaradırıq.  Uşaqların ünsiyyət, yaradıcılıq, problem həll etmə  və s. ən əsası əylənmək də daxil olmaqla bir çox həyat bacarıqlarını öyrənməsi oyun və kreativ fəaliyyətlər yolu ilə həyata keçirilir!

  • İlkin tibbi biliklər

İlkin tibbi biliklərin uşaqlara aşılanmasında əsas məqsəd onların öz sağlamlıqlarının keşiyində durmalarıdır. Biz bu dərslərdə ilk öncə ətraf aləmdə olan mikroblarla tanış olur, həyatımıza onların  fayda və zərərlərini öyrənirik. Müxtəlif xəstəliklərlə tanış olur, onlardan qorunmağın yollarını bacarırıq. Biz ilk tibbi yardımı öyrənirik, kiçik zədələr aldıqda qorxmadan erkən müdaxilə edə bilirik.

  • Montessori

Uşaq üçün hazırlanmış bir mühitdə, uşağın şəxsiyyətini formalaşdırmaq azadlığı verən, şəxsiyyətinin inkişaf prosesini dəstəkləyən, uşağın fərdiləşməsini və ictimailəşməsini öz ləyaqətində ciddi qəbul edən fərdə xas olan ədalətli bir təhsildir.

Montessori, öz özünü təmin etmək, özünü sərbəst şəkildə idarə etməyə əsaslanan bir təhsil metodudur. Bu siniflərdə uşaqlar dünyanı qrup halında və ya ayrıca araşdıraraq öz potensiallarını inkişaf etdirirlər.

İngilis Dili

 

Nə üçün ingilis dili?

İngilis dili dünyada ən çox danışılan dildir. Beş nəfərdən biri ingilis dilində danışa və ya heç olmasa başa düşə bilir. İngilis dili uşağınızın gələcək fürsətlərdən istifadə etməsi üçün bir zərurət deyil, həm də dünyaya açılan qapının açarıdır. "

 

 

Rus Dili

Nə üçün rus dili?

Rus dili dünyanın ən zəngin dillərindən biridir. Rus dilini öyrənən uşaqlar gələcəkdə digər slavyan dillərinə yiyələnməkdə də çətinlik çəkmirlər.

- RED academy-nin təmaül qruplarında uşaqlar öyrəndikləri xarici dillərdə özlərini ifadə edə bilir, fikirlərini paylaşır və qarşı tərəfi anlamaqda çətinlik çəkmirlər.
- Özlərini və ailələrini tanıda bilirlər, bağçada keçirdikləri vaxt barədə qısa məlumat verirlər.
- Bir görüntünü bir neçə cümlə ilə təsvir edə bilirlər.
- Xarici dil öyrənmək uşaqların idrak və dil qabiliyyətini yaxşılaşdırır.
- Yaddaşı gücləndirir.
- Diqqəti artırır.
- Sosiallaşmanı artırır.
- Özünə inamı artırır.
- Öyrənməyi asanlaşdırır.
- Akademik uğuru artırır və uşaqlarımız ibtidai məktəbə hazırlanırlar.

                

RED academy xidmət və layihələr

  • Məktəbəqədər hazırlıq
  • İbtidai sinif hazırlığı ( ev tapşırıqlarının hazırlanması)
  • Şahmat
  • Rəqs və Gimnastika
  • Masterklaslar
  • Ekskursiyaların təşkili
  • Təlimlər və Seminarlar
  • Dayə Xidməti
  • Dayə və Müəllimlərin yetişdirilməsi
  • Erkən İnkişaf
  • “Valideynimlə Mən” layihəsi

“ Valideynimlə  mən “   Layihəsi.

 

Ailə fərdləri arasında  sağlam münasibətlərin qurulmasını dəstəkləmək ,Ailələrin tədrisimizdə aktiv iştirakını təmin etmək ,ailələrin övladları ilə səmərəli  zaman keçirmələrinə şərait yaratmaq üçün “ Valideynimlə  mən” layihəsini həyata keçiririk.


RED academy – də hər günün, hər kəs üçün uğurlu, müsbət və əyləncəli bir təcrübə halına gələcəyinə inanırıq.

X