R E D A C A D E M Y

Zəhmət Olmasa Gözləyin..

Nərimanov r. M.Qaşqay küçəsi 112 Azadlıq pr. (M.Araz küç. kəsişməsi) +994 50 605 59 98

Məktəbəqədər hazırlığın önəmi

0-6 yaş aralığı uşağın inkişafının ən sürətli olduğu dönəmdir. Azyaşlının bir fərd olaraq yetişməsinin təməlini bu yaş aralığı təşkil edir. Zəka inkişafınının və fərdi şəxsiyyət formalaşmasının 70%-i bu yaşlarda formalaşır. 0-6 yaşlar məktəbəqədər zaman çərçivəsidir və azyaşlılar bu zamanı istər ailədə, istərsə də komfort zonadan kənarda produktiv şəkildə keçirməlidir. Produktivliyi təmin edən əsas məkan isə məktəbəqədər hazırlıq prossesidir.

Məktəbəqədər hazırlığın əsas məqsədi uşaqlarda öyrənmək marağını artırmaq və bacarıqlarını kəşf etmələrinə imkan yaratmaqdan ibarətdir. Uşaqlar məktəbəqədər hazırlıqda sosial, fiziki, zehni və başqa bir çox bacarıqlarını inkişaf etdirməklə yanaşı, ictimailəşərək ən önəmli nüans olan ünsiyyət bacarıqları da əldə edirlər.

Məktəbəqədər hazırlığa gedən uşaqlar öz potensialını digər uşaqlara nisbətən daha tez kəşf edə, daha yaradıcı və azad ola bilirlər. Bu prosses müddətində uşaqlar qaydalarla qarşılaşaraq, onlara uyğun yaşamağı öyrənir və kontrolu öz əllərində saxlama bacarığı qazanırlar. Problemlərlə qarşılaşarkən duyğusal yönümlü deyil, problem çözmə yönümlü fikirləri mənimsəyirlər. Səhv edə, daha sonra səhvlərindən dərs çıxararaq şəxsi kimliklərinin fərqinə vara bilirlər.

Bununla yanaşı, məktəbəqədər hazırlıqda azyaşlılar dil bacarıqlarını inkişaf etdirir və digər yoldaşları ilə əyləncəli praktika etmə imkanları əldə edirlər.

Araşdırmalar onu göstərir ki, məktəbəqədər təhsil almış uşaqların gələcəkdə məktəbəqədər təhsil almamış uşaqlara nisbətən daha yüksək akademik uğurları olur. Məktəbəqədər hazırlığa bütün azyaşlıların getməsi istər hal-hazırki, istərsə də gələcək həyatları üçün bir şərtdir.

Uşaqlar keyfiyyətli təhsilə layiqdir! Siz də övladlarınızın peşəkar müəllim heyəti və keyfiyyətli təhsil prossesi ilə inkişaf etməklərini istəyirsinizsə, Red Academy profesional xidmətləri ilə balacalarınızın yolunu gözləyir!

X