R E D A C A D E M Y

Zəhmət Olmasa Gözləyin..

Nərimanov r. M.Qaşqay küçəsi 112 Azadlıq pr. (M.Araz küç. kəsişməsi) +994 50 605 59 98

Valideyn-uşaq münasibətləri

İnsan doğulduğu andan etibarən ilk olaraq valideynləri ilə fiziki və mənəvi əlaqə qurur. Həyatı boyunca onlarla qurduğu əlaqə, insanın şəxsiyyətinə, mənəvi və zehni dünyasına təsir göstərən əsas amildir. İnsan, şəxsiyyəti formalaşana qədər bu münasibətlərin ona necə təsir göstərdiyinin fərqində olmur. Lakin, valideynlər bu münasibət və hisslərin fərqində ola bilir. Bəzən ailələr valideyn-uşaq münasibətlərinin dərinlik və önəmi unudaraq övladları ilə düzgün əlaqə qurmağı təmin etmirlər və ya edə bilmirlər. Lakin, hər bir valideyn övladlarına doğulduğu ilk andan etibarən şəxsiyyət kimi baxmalı və bu şəxsiyyətin düzgün şəkildə formalaşması üçün əllərindən gələni etməlidirlər.

Valideynlər uşaqlarına necə rəftar etməli?

 

Valideynlər uşaqlarını maddi cəhətdən təmin etdikləri kimi, onları mənəvi cəhətdən də təmin etmək məcburiyyətindədirlər. Çünki valideyn olmaq, sadəcə geyim və yemək verməkdən ibarət deyil. Uşaqlara sevgi, diqqət, dəstək, güvən kimi duyğular bəsləmək, onların əsas qidasıdır. Təəssüflər olsun ki, istər ölkəmizdə, istərsə də dünyanın hər yerində bəzi valideynlər yaşından asılı olmayaraq övladlarına bu duyğuları bəsləmirlər.  Bu da özlüyündə, insan psixologiyasında və şəxsiyyətində müxtəlif problem və pozuntulara gətirib çıxarır. Bəs valideynlər uşaqlarına necə düzgün formada rəftar etməlidir?

Uşaqlarınıza güvənin!

 

Uşaqlar bir növ qeyd cihazı kimidir. Nə söyləsəniz ona inanacaq və sizə geri dönüş edəcək. Onlara “bacarmayacaqsan” “dəyərsizsən” və s. bu kimi ifadələri söylədikdə onlar da buna inanacaq, özlərini sevilməyə, dəyər görməyə layiq bilməyəcəklər. Onlara özlərini dəyərli hiss etdirin. Güvəndiyinizi bilmələri istər indiki, istərsə də gələcək həyatlarında daha özgüvənli və sevgi dolu insan olmaqlarını təmin edəcəkdir.

 

 

 

 

Dəstəyinizi hiss etdirin!

 

Həyatın hər məqamında çətinliklərlə üzləşsələr belə, daima yanlarında olduğunuzu hiss etdirin. Etdikləri hər yaxşı hərəkəti təqdir edin, onları görün. Bir gözləntiləriniz olmadan övladlarınızla qürur duyun. Uşaqlarınızın sizinlə daha çox xoşbəxt olması üçün, onlara zaman ayırın. Dedikləri hər şeyi dinləyin çünki, dinlənilmə və önəmsənilmə onların xarakterini daha güclü edəcəkdir.

 

Problemləri birlikdə həll edin!

 

Kiçik bir problemi böyütməyin. Etdikləri hər səhvdə, uşaqlarınızı tənqid etmək əvəzinə, onları anladığınızı və nə olursa olsun sevəcəyinizi hiss etdirin. Problemlərə birlikdə nəzər yetirərək, öhtəsindən bərabər gəlməyə çalışın. Bu övladınızla aranızdakı əlaqəni daha da gücləndirəcək. Çünki, uşaqların mühakimə etməyə yox, hər nə olursa olsun, yanlarında güvəndə hiss edə biləcəkləri bir ailəyə ehtiyacları vardır.

X