R E D A C A D E M Y

Zəhmət Olmasa Gözləyin..

Nərimanov r. M.Qaşqay küçəsi 112 Azadlıq pr. (M.Araz küç. kəsişməsi) +994 50 605 59 98

Özəl uşaq bağçaları

Uşaqların cəmiyyətimizin gələcəyi olması gerçəyi hər kəsə məlumdur. Onların xoşbəxtliyi, sevinci, təhlükəsizliyi hər zaman ilk sırada və nəinki ölkəmizdə eləcə də dünyanın diqqət mərkəzində olmalıdır. İllər boyunca onların xoş vaxt keçirməsi üçün daima yeniliklər kəşf olunmuşdur. Yetişkinlər istər oyuncaqlar, istərsə də onların sevincinə və düzgün inkişafına səbəb olacaq məkanların tərtibi üzrə çalışmışdırlar. Əylənərək inkişaf etdikləri məkanlardan biri də uşaq bağçalarıdır.

Uşaq beyni daima kəşf və macəra axtarışındadır. İlkin olaraq onların  bu istəklərini uşaq bağçaları təmin edir. Uşaq bağçaları azyaşlıların inkişafının təməlini təyin edən ikinci əsas amildir. Birinci əsas amil isə ailədir. Ailələr uşaqlarının güvənli şəkildə inkişaf etməsi, yaşıdları ilə ictimailəşməsi amilini bağçaya etibar edilər.

Uşaq bağçalarının profesional olması valideynlərin könül rahatlığını təmin etməklə yanaşı, uşaqların da doğru metodlarla inkişafını və ictimailəşməsini təmin edir. Son dönəmlər uşaq bağçalarındakı xoşagəlməz hadisələr cəmiyyətin ümumi problemi halını almışdır. Lakin, özəl bağçalardakı keyfiyyətli metodika və peşəkarlıq bu problemlərin həlli yolunu tapmaqdadır. Özəl uşaq bağçaları uşaqların bilik bacarıqlarının inkişafındakı hər elementi detallı şəkildə düşünərək, peşəkarlığı ilə uşaqlarla doğru əlaqəni yaradır.

Uşaqlarınızın gələcəyi üçün bugünkü inkişafını peşəkar müəllim heyətinə və yüksək keyfiyyətə sahib özəl uşaq bağçasına – Red Academy-ə etibar edin!

X